Avropada vergidən yayınanlar artıb


02:19     16 Fevral 2016 flag_europe_230415_1.jpg

Avropa İttifaqında vergidən yayınma problemi getdikcə daha ciddi səciyyə daşıdığına görə, 2016-cı ilin Avropada “Vergi islahatları və fiskal şəffaflıq ili” elan olunub.


Avropa İttifaqı vergi ödəməkdən yayınmaya qarşı mübarizə və vergi şəffaflığının təmin olunması ilə bağlı tədbirlər həyata keçirir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən işlənilib hazırlanmış yeni standarta əsasən, informasiya mübadiləsi barədə sazişi imzalamış ölkələr öz rezidentlərinin hesabları barədə məlumatları avtomatik şəkildə mübadilə etməyə başlayacaqlar.

Bununla da Avropa İttifaqı ölkələri xaricdə hesabı olan vətəndaşlarının adlarını, ünvanlarını, VÖEN-lərini, təvəllüdlərini, eləcə də digər məlumatları əldə edəcəklər və ittifaqdaxili banklarda hesabları olan vətəndaşlara aid analoji informasiyalar digər ölkələrin də vergi strukturlarına ötürüləcək.

Açar sözlər:

Oxunub: 899