Masallıda zəlzələ olub


13:46     15 Dekabr 2019 zelzele4.jpg

Bu gün Masallı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Femida.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 km şimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 477