FHN köməksiz qalan şəxsləri xilas edib - Aralarında uşaqlar da var


10:20     20 Dekabr 2019 2019/12/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1576823404.jpeg

Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Nizami rayonunda ayrı-ayrı ünvanlarda 3-ü azyaşlı olmaqla 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Bundan əlavə, ötən sutka ərzində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 615