Keçmiş məhkum bıçaqlanıb


09:39     21 Dekabr 2019 bicaq_787.jpg

Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb.


Femida.az-ın xəbərinə görə, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 572