MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb


21:41     24 Dekabr 2019 msk0.jpg

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası təsdiq olunub.

Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, operativ şəkildə Komissiyanın iclasına çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərə dair cari məsələlərə də baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 699