Salyanda 29 yaşlı gənc bıçaqlanıb


13:22     31 Dekabr 2019 bicaq.jpg

Salyan rayonunda 29 yaşlı gənc kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib.

Femida.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Arbatan kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov İntiqam Qabil oğlu sol kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Onun bildirdiyinə görə, ayağı ilişərək yıxılıb və xəsarət alıb. Digər ehtimala görə, İ.İbrahimovun bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 452