Keçmiş məhkumdan tapança götürülüb


16:46     06 Yanvar 2020 tapanca%20gullelelemk.jpg

Gəncədə keçmiş məhkumdan tapança götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 422