Həmyerlisini qayçı ilə yaralayan şəxsin məhkəməsi başlayır


09:31     07 Yanvar 2020 mehkeme7.jpg

İsmayıllı rayonunda həmkəndlisinə ağır xəsarət yetirməkdə təqsirli bilinən Eşqin Nəzərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə İsmayıllı rayonun Kürdmaşı kəndində baş verib. Kənd sakini 26 yaşlı Eşqin Nəzərov mübahisə zamanı həmkəndlisi 27 yaşlı Gəray Mikayilova qayçı ilə ağır xəsarətlər yetirib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Eşqin Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Eşqin Nəzərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 462