Həmyerlisini dəmir parçası ilə vuran şəxs saxlanılıb


09:12     24 Avqust 2020 1425050772_tecili-yardim-m.jpg

Göygöldə həmyerlisini vuran şəxs saxlanılıb.

Femida.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu ilə 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu arasında mübahisə yaranıb.

Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 859