Paytaxtda qadın əcnəbi vətəndaşın avtomobilini qaçırıb


18:28     15 Yanvar 2020 20_01_15_1579092056.jpg

Bakıda əcnəbi vətəndaşın avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 14-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ, Əlahiddə Çevik Polis Alayı və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayeva qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 849