"Mobil notariat" istifadəçilərinin sayı 30 mini ötüb


10:45     24 Yanvar 2020 20_01_24_1579848338.jpg


2019-cu ildə daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə notariusun vergi agenti qismində tutduğu verginin məbləği 6,3% artaraq 53 milyon manat təşkil edib.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində keçirilən müşavirədə məlumat verilib.

Ədliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədini daşıyan Heydər Əliyev adına hava limanında quraşdırılmış və məsafədən fasiləsiz xidmət göstərən elektron ədliyyə köşkünün, mobil cihazlar üçün yaradılmış “Mobil notariat” proqramı, bu proqram çərçivəsində tətbiq olunan mobil notariat qovluğu və ədliyyə işçilərinin peşə bayramı günündə əhalinin istifadəsinə verilmiş mobil etibarnamə xidmətlərinin vətəndaş məmnunluğunun təmin edilməsində əhəmiyyəti vurğulanıb.

Həmçinin notariat ofislərinə gələ bilməyən şəxslərə iş və ya yaşayış yerini tərk etmədən notariat xidmətlərindən yararlanması məqsədilə müasir avadanlıqla təchiz olunmuş və “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan xüsusi səyyar çantaların notariusların istifadəsinə verilməsi barədə də məlumat verilib.

Bildirilib ki, baş idarənin təşkil etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyonu, mobil tətbiqi telefonlarına yükləmiş istifadəçilərin sayı isə 30000-i ötüb.

Femida.az

Açar sözlər: #mobil  

Oxunub: 806