Koronavirusa bu yaşda olan kişilər yoluxur, hamilə qadınlara keçmir


10:34     29 Yanvar 2020 20_01_29_1580279741.jpg

“Koronavirus 2019-nCoV” daha çox 35-50 yaşlı kişilər üçün təhlükəlidir.


Lenta.ru bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib.

“Məlumatlara görə, virusun bu ştammı irqindən və sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır – məhz onlar ölənlər və yoluxanlar arasında mütləq əksəriyyəti təşkil edir. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”, - deyə nəşrin müsahibi bildirib.

Qeyd edək ki, son məlumatlara görə, dəhşətli virusdan 132 nəfər həlak olub. Bundan başqa, 4500-dən artıq insan xəstəliyə yoluxub.

Virusun insandan insana ötürüldüyü bildirilir. Yanvarın 28-də isə Çinin Səhiyyə qurumunun nümayəndəsi dəriyə təmasla da yoluxma ola biləcəyini açıqlamışdı.

Bundan başqa, Çində koronavirusun yayılmasının pik həddinin 7-10 gündən sonra baş verəcəyi proqnozlaşdırılıb.




Açar sözlər:

Oxunub: 2385