İsmayıllı sakinindən ov tüfəngi götürülüb


11:06     30 Yanvar 2020 20_01_30_1580368379.jpg

İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruşan kənd sakini Məzahir Şirinovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 765