İstanbulda polis əməliyyat keçirib, azərbaycanlılar saxlanılıb


12:37     31 Yanvar 2020 hebs4.jpg

İstanbul polisi müxtəlif cinayət əməllərində iştirak etdiyi bildirilən və Rusiya ilə əlaqələri ortaya çıxan cinayətkar dəstəyə qarşı əməliyyat keçirib.


Femida.az DHA-ya istinadən xəbər verir ki, bu gün səhər keçirilən əməliyyat zamanı 1 Rusiya, 3 Ukrayna, 4 Gürcüstan, 8 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Şübhəlilərin olduğu evlərdən 11 tapança və bir “AK-47” tipli avtomat silah, 222 güllə aşkar edilərək götürülüb.

Saxlanılanlar İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə gətirilib.

Açar sözlər:

Oxunub: 738