Ağsuda 3 otaqlı ev yanıb


09:13     05 Fevral 2020 fhn-yangin.jpg

Ağsu rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-ın məlumatına görə, Ağsu rayonunun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 618