Fuad Muradov azərbaycanlıları fəal olmağa çağırdı
11:57 08 Fevral 2020
Səudiyyə Ərəbistanında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Ər-Riyad şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.
DİDK-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsilə başlayan görüşü giriş sözü ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.
Sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib.
Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğati vasitələrin sosial şəbəkələr vasitəsilə yayılmasına və digər məsələlərə cəlb edib. O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.
DİDK nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açıblar, milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Səsləndirilən problemlərin bəzilərinə tədbirin gedişi zamanı operativ şəkildə aydınlıq gətirilib.
Femida.az
Oxunub: 666
Oxşar xəbərlər
- Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı
- Fuad Oktay: "İndi Qarabağ Azərbaycandır"
- Fuad Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
- Fuad Qəhrəmanlı həbs edildi
- Fuad Qəhrəmanlı məhkəmədən qaçır? - Boşanma prosesi dördüncü dəfə təxirə salındı
- Fuad Qəhrəmanlı məhkəmədən niyə gizlənir?
- Fuad Muradov Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşdü
- Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma prosesi yenə təxirə salındı
- Fuad Abbasov aparıcılığa başlayır - Bu kanalda
- Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi başladı