“Buta Airways”in təyyarəsi halı pisləşən sərnişin üçün məcburi eniş etdi


14:10     10 Fevral 2020 2019/11/Buta_-1574231825_1574232730.jpg


“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”in şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib.


Femida.az
bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki, J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuş davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 595