İrəvanda məhkəmə hakiminə qarşı cinayət


09:05     11 Fevral 2020 2020/02/ED7CE789-70A0-46EA-832C-CA9F557C729A_1581397193.jpeg

Ermənistanda məhkəmə hakimi Artsrun Mirzoyanın avtomobili qarət edilib.

Femida.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Arabkirsk polis bölməsinə şikayət edən zərərçəkmişin sözlərinə görə, naməlum şəxslər Baqramyan prospektində ona məxsus “Lexsus” markalı, “99-AM-707” dövlət nömrə nişanlı avtomobilinin şüşəsini sındıraraq çantasını oğurlayıblar.

Mirzoyan bildirib ki, çantada onun şəxsiyyət vəsiqəsi, avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, hakim şəhadətnaməsi, ödəniş qəbzi, bir sıra müqavilələrin surəti və qızıl məmulatları haqqında qəbzlər olub.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 627