Evdən oğurluq edən şəxs tutuldu


12:30     11 Fevral 2020 hebs5.jpg

Göygöldə evdən 1750 manatlıq oğurluq edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindəki evlərin birindən 750 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 606