Keçmiş məhkum "Kalaşnikov"la tutuldu


12:44     20 Fevral 2020 silah%20sursat.JPG

Abşeronda keçmiş məhkumdan silah götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizovdan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 500