MSK 32 saylı dairə ilə bağlı şikayətə baxdı


17:14     21 Fevral 2020 20_02_21_1582290903.jpg

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Baxışov Elçin Niyaz oğlunun müraciətinə baxılıb.


Femida.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi səsvermə günü dairənin 31 seçki məntəqəsində pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı müraciətdə göstərilən hallar öz təsdiqini tapmayıb. Ona görə şikayətlə bağlı dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli qərarı qüvvədə saxlanılmalıdır. Bu səbəbdən şikayətçinin müraciəti təmin edilməməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 660