İşçi çalışdığı şirkətin pullarını oğurladı


18:04     24 Fevral 2020 ogurluq.jpg

Kürdəmirdə şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də rayondakı MMC-lərdən birinin inzibati binasındakı seyfdən 3400 manat oğurlamaqda şübhəli bilinən oranın işçisi, Qacılı kənd sakini Q.Nuğayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1045