"ABAD" Bakaleyalarının sayını 6-ya çatdırdı


12:23     02 Mart 2020 20_03_02_1583137509.jpg

Bakıda daha bir “ABAD” Bakaleyası açılıb.

Femida.az xəbər verir ki, yeni “ABAD” bakaleyası “28 Mall”da yerləşən “Bravo” supermarketində fəaliyyətə başlayıb. Beləliklə, yeni açılmış satış məntəqəsi ilə birgə artıq 6 “Bravo” marketlər şəbəkəsində “ABAD” bakaleyaları mövcuddur:

“ABAD” bakaleyası “Bravo” Koroğlu;
“ABAD” bakaleyası “Bravo” Əhmədli;
“ABAD” bakaleyası “Bravo” 20 Yanvar;
“ABAD” bakaleyası “Bravo” Gənclik Mall;
“ABAD” bakaleyası “Bravo” Babək;
“ABAD” bakaleyası “Bravo” 28 Mall.

Qeyd edək ki, bakaleyalar vasitəsi ilə Azərbaycanın müxtəlif iqtisadi zonalarından olan kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.



Femida.az

Açar sözlər: #ABAD   #ASANxidmət  

Oxunub: 775