3 yaşlı Zəhranı oğurlayan qadının məhkəməsi başlayıb
15:37 03 Mart 2020
Bakı Ağır Cinayətlər Məhkəməsində üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilən Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az -ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prokuror iş üzrə materiallarla tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin hazırlıq iclası martın 11-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Üç yaşlı Zəhra Bağırzadə Sabunçu rayonunda itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.
T.Nəzərovaya Cinayət Məcəlləsinin 144.3-cü ( adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Oxunub: 469
Oxşar xəbərlər
- 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- 32 il həbsdə olan şəxs günahsız çıxdı
- 30 min şəxsə əks göstəriş sertifikatı verilib
- 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
- 31 min rüşvət alan xəstənəxana direktoru həbs olundu
- 35 minə yaxın şəxsə əlillik təyin edilib
- 3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır
- 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb
- 38 yaşlı kişi özünü asdı - SUMQAYITDA