3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb


10:01     28 İyul 2021 2021/07/81723a2a-1cd8-36f1-86f0-3dc8024a40cc_850_1627452194.jpg

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

İtki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.


Femida.az

Açar sözlər: #Azərbaycan   #Ermənistan  

Oxunub: 574