Koronavirusa yoluxanların vəziyyəti stabildir - Qərargah


12:27     05 Mart 2020 xestexana.jpg

Hazırda ölkəmizdə 3 koronavirus xəstəsi var. Onların vəziyyəti tam stabildir. Vəziyyətlərində ağırlaşma yoxdur, həkim nəzarətindədirlər.

Femida.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"İranla sərhəd məhdudlaşdırıldıqdan sonra xüsusi dəhliz vasitəsilə 276 nəfər Azərbaycana keçib. Onların Azərbaycana gətirilməsi üçün marşurut tam planlaşdırılıb, ehtiyac olan gigiyenik tədbirlər görülüb və sərhəddən karantin ərazisinə aparılıb. Onlar 14 gün ərzində orada olacaq. Onlardan nümunələr götürülüb".

Y.Qarayeva bildirib ki, koronavirus "Covid-19" yeni virusdur, onun müayinələri də yenidir. "Biz ÜST tərəfindən təsdiq olunan testlər vasitəsilə müayinə aparırıq. Bu virusun diaqnostikası sadəcə qərargah və Səhiyyə Nazirliyi tərəfindən aparıla bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 517