“Heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq” - Prezident
16:55 05 Mart 2020
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır.
Femida.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev İsmayıllı və Neftçala rayon icra hakimiyyətlərinin yeni başçılarını qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək.
"Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır".
Femida.az
Oxunub: 656
Oxşar xəbərlər
- “Heç bir qəzetin maliyyəsi dayandırılmayıb” - Vüqar Səfərli
- “Heç bir şahmatçı yarışlara öz hesabına qatılmır” - Nazirlikdən Məmmədyarova cavab
- “Heç bir vəkilliyə namizəd təlimdən uzaqlaşdırılmayıb” - Sədrdən AÇIQLAMA
- “Heç bir pozuntuya rast gəlməmişik” - Avropa Parlamentinin üzvü
- “Heç kəsin seçiciyə təzyiq göstərməyə haqqı yoxdur” - MSK sədri