İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama
11:42 28 Mart 2020
"Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”.
Femida.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O qeyd edib ki, nümunəvi addım kimi bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb:
"İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar.
Qaydaları sərtləşdirmək olar, ancaq Operativ Qərargah güman edir ki, insanlar real situasiyanı gördükcə fərdi məsuliyyətlərini dərk edəcək”.
İ. Məmmədov onu da vurğulayıb ki, hökumət qaydaları daha da sərtləşdirməyə hazırdır: "Hətta fövqəladə halın tətbiqinə qədər istisna olunmur”.
Oxunub: 412
Oxşar xəbərlər
- İşlətdiyi mağazada "patı" satırdı
- İşlədiyi mağazadan 15 min manat oğurlayan şəxs saxlanıldı
- İşlədiyi evdən 12 min manatlıq oğurluq edən usta tutulub
- İşləyən qadınların əlavə olaraq bu hüququ da var — Hüquqi maarifləndirmə
- İşləməyə gedən gənc itkin düşüb
- İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!
- İşləmək adı ilə evdən çıxdı - Geri dönmədi
- İşlədiyi şirkətin 74 min manat oğurladı - 8 il həbs
- İşlədiyi fermadan oğurluq etdi
- İşlədiyi avtoservisdən “Niva” qaçırdı