Türkiyədə COVID-19 peyvəndi heyvanlar üzərində uğurlu nəticə verib
19:29 05 Aprel 2020
Türkiyəli alimlər yeni növ koronavirus (COVID-19) əleyhinə ümidverici xəbər yayıb.
COVID-19-la mübarizə məqsədilə Türkiyədə yaradılan Elm Qurumunun üzvü Atəş Kara sosial şəbəkə səhifəsində yazaraq bildirib ki, yeni növ koronavirus peyvəndi ilk dəfə heyvanlar üzərində təcrübədən keçirilib və müsbət cavab alınıb.
Alim bu yeniliyi “xoş xəbər” adlandıraraq qeyd edib ki, koronavirus peyvənd heyvanlarda antikor (heyvanlarda immun sistemi gücləndirən molekul, koronavirus protein molekulu) yaradıb: “Bundan sonra bu yeniliyin insanları xəstəlikdən qoruyub qorumayacağı ilə bağlı prosesə nəzarət edəcəyik”.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus ilk dəfə 10 mart 2020-ci ildə aşkarlanıb, indiyə qədər 23 min 934 nəfər bu infeksiyaya yoluxub, 501 nəfər isə bu xəstəlikdən ölüb.
Oxunub: 1324
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var