Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü


20:55     09 Aprel 2020 20_04_09_1586451373.jpg

Türkiyədə daha 96 nəfər pandemiyanın qurbanı olub.

Femida.az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 908 nəfərə çatıb.

"Bu gün 28 578 test keçirilib, 4 056 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 42 282 nəfərdir. Bu gün daha 296 pasiyent sağaldı, ümumi say 2 142 nəfərdir", - nazir deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 554 000-i ötüb. Bunların 345 133 nəfəri sağalıb, 91 817 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 900