Prezident İlham Əliyev Boris Lojkini qəbul edib


19:43     02 Dekabr 2015 7a4cdc36fc2032dce36ba4eb69a476e8.jpg

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Femida.az-ın xəbərinə görə, Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan B. Lojkin paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubunu Azərbaycanın dövlət başçısına çatdıran qonaq ölkələr arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev ukraynalı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, ölkələr arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. O, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 597