Azərbaycanın “İnterpol” axtarışına verdiyi şəxs Rusiyada saxlanıldı


15:17     14 Aprel 2020 interpol5.PNG

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.


Femida.az-ın xəbərinə görə, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Artur Alekseyeviç Qorodinski Rusiya Federasiyasında saxlanılıb.

O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə axtarışda olub.

Femida.az

Açar sözlər: #interpol  

Oxunub: 962