Ağsuda karantini pozan 4 nəfər həbs edildi - VİDEO


19:25     14 Aprel 2020 20_04_14_1586877633.jpg

Ağsuda karantin rejimini kobud şəkildə pozaraq rayonu gizlin tərk etməyə cəhd edən şəxslər saxlanılıblar.

Femida.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Şamaxı keçid məntəqəsində xidmət apararkən Ağsu sakinləri - 35 yaşlı Əsədov Xəqani Rafiq oğlunu və 28 yaşlı Cəbrayılov Elşən Namizəd oğlunu gizlincə meşə yolu ilə karantin rejimini kobud şəkildə pozaraq Şamaxı rayon ərzisinə keçmək istəyərkən onlara "Dayan" əmri verib.

Polisin "Dayan" əmrinə tabe olmayan həmin şəxslər saxlanılaraq, Ağsu RPŞ-nə gətiriliblər.

İlkin dirdirmə zamanı onlar karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.

Bundan başqa, Ağsu-Kürdəmir keçid məntəqəsində "KamAZ" markalı yük maşınını idarə edən sürücü, Kürdəmir rayon sakini Qədiyev Sübhan Adil oğlu polisin "Saxla" əmrinə tabe olmayıb. Polis əməkdaşları dərhal yük maşınını saxlayıblar.

Araşdırma zamanı məlum olub ki, S.Qədiyev maşının yatacaq yerində gizlətdiyi həmyerlisi Mütəllimov Mənsur Gülağa oğlunu da Ağsu rayon ərazisinə keçirmək istəyib. Həmin şəxslər Ağsu RPŞ-nə gətirilib.

Hər 4 şəxs barəsində Ağsu RPŞ əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq maddələrinə əsasən, 20 sutka həbs tətbiq olunub.

Hazırda Ağsu RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.


Açar sözlər:

Oxunub: 915