Muxtar Babayevə yeni müavin təyin edildi


12:41     15 Aprel 2020 20_04_15_1586940101.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.


Femida.az -ın əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

O, bundan əvvəl ETSN-nin Aparat rəhbəri vəzifəsində çalışıb.

Məlumatı qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.

Açar sözlər:

Oxunub: 1006