Muxtar Babayev Siyəzəndə vətəndaşları qəbul edib


18:22     11 Mart 2022 22_03_11_1647008067.jpg

Martın 11-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Açar sözlər:

Oxunub: 337