İcazə vaxtından artıq çöldə qalanlar cərimələndi - FOTO


16:00     18 Aprel 2020 2020/04/1587209357087_sH6IHrDb_1587210786.jpeg

Zaqatalada karantin rejimini pozanlar cərimələnib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla sms göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər. Qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.



Femida.az

Açar sözlər:

Oxunub: 568