Ötən il Azərbaycanda 10 nəfərin müəlliflik hüququ pozulub


12:47     24 Aprel 2020 20_04_24_1587718138.jpg

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı 2019-cu ildə hüquqi və fiziki şəxslərdən Əqli Mülkiyyət Agentliyinə 10 müraciət daxil olub.


Femida.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, bir qismi isə aidiyyəti qurumlara göndərilib.

Femida.az

Açar sözlər: #müəllif   #hüquq  

Oxunub: 587