Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb


18:07     26 Aprel 2020 20_04_26_1587910139.jpg

Tovuzda evdə partlayış baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.


Hadisənin baş vermə səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 727