Azərbaycan və Britaniya koronavirusla mübarizədə əməkdaşlıq edir


21:12     01 May 2020 2020/03/koronavirus_1585572132.jpg

Böyük Britaniya ilə Azərbaycan COVID-19-a qarşı beynəlxalq tədbirlərdə yaxından əməkdaşlıq edirlər.

Femida.az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü, ölkənin Avropa qonşuluğu və Amerika ölkələri üzrə naziri Vendi Morton “Twitter” hesabında bildirib.

“Mən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bu gün söhbət etdim. Əməkdaşlığa və iki ölkə arasındakı əlaqələri daha bir neçə ay ərzində gücləndirməyə sadiq olduğuna görə ona təşəkkür etdim”, - V.Morton yazıb.

Açar sözlər:

Oxunub: 970