“ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür
11:40 07 May 2020
9 may - Qələbə Günü münasibətilə “ASAN Xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, 10 may tarixindən etibarən isə vətəndaşlar "ASAN Xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.
“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Hazırda 18 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Oxunub: 661
Oxşar xəbərlər
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- “ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
- “ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
- “ASAN Xidmət”ə yeni səlahiyyət verilib
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət” vətəndaşlara müraciət edib
- “ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “ASAN müraciət” informasiya sistemi yaradılır