SOCAR-dan yanğın açıqlaması gəldi - Qərargah nömrələri


01:28     05 Dekabr 2015 12346335-795504900595327-2443145670630460366-n.jpg


SOCAR “Günəşli” yatağının 10-cu özülündəki yanğın haqda məlumat yayıb.

Femida.az-ın məlumatı olduğu kimi təqdim edir:

"Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir".

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları:

+994 12 5211019
+994 50 2293521
+994 50 2457005

Açar sözlər:

Oxunub: 1187