SOCAR-dan partlayışla bağlı AÇIQLAMA


17:33     04 Avqust 2015 397630.jpg

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində baş vermiş partlayış Azərbaycan tərəfinə ciddi zərər vurmayıb.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin operatoru və mühafizəsi işini Türkiyənin “Botaş” şirkəti həyata keçirir. SOCAR-ın “Botaş” ilə daimi əlaqədə olduğu, hazırda boru kəmərində təmir işlərinə başlanıldığı və partlayışın səbəblərinin araşdırıldığı qeyd edilib.

Bildirilib ki, qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən əvvəl Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyəyə qədər olan hissəsinə təbii qazın verilişi dayandırılıb. Buna görə də partlayış nəticəsində Azərbaycan tərəfinə ciddi ziyan dəyməyib.

Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində partlayış baş verib.

Açar sözlər:

Oxunub: 1050