Hacıqabulda “Yura” ləqəbli narkotacir tutulub
10:18 29 May 2020
Hacıqabulda “Yura” ləqəbli narkotacir saxlanılıb.
Femida.az -ın məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə məhkum olunan, kriminal aləmdə “Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Sonuncu saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 694
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb
- Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var
- Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb
- Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
- Hacıqabulda oğurluq edən şəxs saxlanılıb