Kredit qoyuluşlarında yarım milyardlıq azalma


22:26     05 Dekabr 2015 big_1409921456_kred.jpg

Azərbaycan banklarının iqtisadiyyata qoyuduqları kreditlər azalıb.


Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-oktyabr ayları üzrə hesabatında bildirilir. Hesabata əsasən, oktyabr ayında iqtisadiyyata kredit qoyuluşları 547,1 milyon manat azalaraq sentyabrın sonundakı 19 113,5 milyon manatdan oktyabrın sonunda 18 566,4 milyon manata enib.

Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi fevraldan indiyədək - artıq 9 aydır ki, davam edir. Bu dəfəki kəskin azalma nəticəsində isə kredit qoyuluşlarının məbləği ilin əvvəlindəki həddə düşüb.

Oktyabrda ticarət və xidmət sektoruna qoyulan kreditlər 111,8 milyon manat, energetika və kimya sahəsinə yatırılan kreditlər 75,8 milyon manat, nəqliyyat və rabitəyə yatırılan kreditlər 60,2 milyon manat artıb.

Əvəzində kənd təsərrüfatına yatırılan kreditlər 72 milyon manat, inşaat və əmlak sektoruna yatırılan kreditlər 260 milyon manat, sənaye və istehsala verilən kreditlər 358,6 milyon manat, istehlak kreditləri isə 35,1 milyon manat azalıb.

Açar sözlər:

Oxunub: 868