142 mindən çox vergi ödəyicisi yardım üçün müraciət edib
12:02 09 İyun 2020
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 07 iyun tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.319 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 114.290 fərdi (mikro) sahibkar, cəmi 142.609 vergi ödəyicisi müraciət edib.
Dövlət Vergi Xidmətindən Femida.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 208.799 işçini əhatə edən 24.169 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,77 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,88 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23.584 vergi ödəyicisinə 203.121 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 87,71 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 40,25 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 114.290 vergi ödəyicisindən müraciət daxil olub, 106.771 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,54 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,83 mln. manat vəsaitin 101.698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Femida.az
Oxunub: 716
Oxşar xəbərlər
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- Vergi rəsmisi: "ƏDV-dən yayınmaq üçün bir neçə şirkət yaradanlar var"
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- Bakı Limanının yarım milyon manata yaxın vergi borcu var
- Azərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər
- Mediada yer alan reklamlara vergi güzəştlərinin tətbiqi təklif olunur