Arvadını qətlə yetirən şəxsin istintaqı başa çatıb
09:24 12 İyun 2020
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, qətl ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparan zaman aralarında mübahisə yaranıb. Nəticədə N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib.
Bu vaxt N.Məmmədovun atası N.Məmmədov oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan N.Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Oxunub: 700
Oxşar xəbərlər
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Sərnişin avtobusunda ər arvadını qətlə yetirib
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb