Maştağa sakinindən 17 kq narkotik götürülüb


09:55     12 İyun 2020 20_06_12_1591940693.jpg

Bakıda narkotik maddələri qanunsuz becərməsilə məşğul olan şəxs yaxalanıb.

Femida.az -ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında Maştağa qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər. Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib. R. Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 800