Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb


14:23     27 İyun 2022 22_06_27_1656314643.jpg

Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Açar sözlər:

Oxunub: 248