Karantini pozaraq çimərliyə gedənlər cəzalandırıldı


20:22     14 İyun 2020 cimerlik.jpg

Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.
Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1149