Elektron vizaların verilməsində dəyişiklik edildi
18:42 17 İyun 2020
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Femida.az xəbər verir ki, sənədlə elektron vizaların verilməsində dəyişiklik edilib.
Belə ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Qeyd edək ki, dəyişiklikdən əvvəl elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilirdi.
Oxunub: 581
Oxşar xəbərlər
- Elektron Təhlükəsizlik Xidmətinin rəisi dəyişib
- Elektron arayışlar xidməti istifadəyə verilib
- Elektron icazə sistemi aktivləşdirilib
- Elektron qolbaq taxan 40-dan çox məhkuma ərazini tərk etmək imkanı yaradılıb
- Elektron qolbaqlar necə işləyir? - Nazirlik rəsmisi açıqladı
- Elektron qolbaq daşıyacaq şəxslərin siyahısı artırılıb
- Elektron icazədən istifadə edərək istirahətə gedən şəxslər cəzalandırıldı
- Elektron məhkəmə sisteminin təkmilləşdirilməsi və insan hüquqları
- Elektron sistem vasitəsilə kirayə mənzil seçimi başladı
- Elektron informasiya sistemləriylə tərtib olunan protokolların xüsusiyyətləri müəyyənləşib